Münhen "Bavariya"sının hücumçusu Harri Keyn Almaniya çempionatının 31-ci turu çərçivəsində "Ayntraxt"la (2:1) oyundan sonra fikirlərini bölüşüb.
"Yaxşı oyun oldu, xüsusən də ilk hissədə. Oyunda qalib gələn tərəf biz olduq. İndi bütün diqqətimizi "Real"la oyuna cəmləyəcəyik. Çətin olacaq. "Arsenal"la matçda göstərdiyimiz səviyyəyə çatmalıyıq, bəlkə də daha da çox. "Real"ın fantastik heyəti var, onlarla zarafat etmək olmaz ”, - deyə klubun mətbuat xidməti oyunçudan sitat gətirib.
Harri Keyn: "Real"ın fantastik heyəti var, onlarla zarafat etmək olmaz"