Madrid "Real"ının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç yaxın vaxtlarda komanda ilə yeni müqavilənin müddətini uzada bilər. İspaniyanın "Marca" nəşrinin məlumatına görə, 38 yaşlı Modriçin "Real"la yeni müqaviləsi gələn mövsümün sonuna kimi qüvvədə olacaq.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər də daxil olmaqla 39 matçda meydana çıxıb, iki qol vurub və altı məhsuldar ötürmənin müəllifi olub. Modriçin “Real”la hazırkı müqaviləsi iki aydan sonra başa çatır.