Millimiz Tacikistana qalib gəldi

Millimiz Tacikistana qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununa çıxıb.

Yığmamız turnir çərçivəsində növbəti oyununu Tacikistan millisinə qarşı keçirib. Qarşılıqlı qolların vurulduğu oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız rəqibini məğlub edib.

Xatırladaq ki, Azərbaycanın U-17 millisi ilk matçdaBelarus komandasına 0:4, Özbəkistan millisinə isə 0:2 hesabı ilə məğlub olub.