Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun oyunlarına start verilib. Turun açılış oyununda turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail" klubları üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən oyun “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 22-ci dəqiqədə açılıb. Con İrasabal dəqiq zərbə ilə fərqlənib. İlk hissənin əsas vaxtının başa çatmasına altı dəqiqə qalmış “Sabah” üstünlüyünü bir qədər də artırıb. Cesse Sekidika fərqlənərək oyunda yekun hesabı müəyyənləşdirib.
“Sabah” komandası qələbə sayəsində xallarının sayını 49-a çatdıraraq üçüncü pilləyə yüksəlib. 42 xal toplayan “dənizçilər” isə altıncıdır.
Turun digər oyunları aprelin 28-i və 29-da keçiriləcək.