Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun daha bir oyunu keçirilib.
Günün ilk oyununda "Qəbələ" və “Kəpəz” komandaları üz-üzə gəlib. Oyun Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -0:1. Görüşdə yeganə qolun müəllifi 7-ci dəqiqədə fərqlənən Martins Junior olub. "Kəpəz" klubu qələbə sayəsində sona dörd tur qalmış xallarının sayını 34-ə çatdıraraq 8-ci pilləyə yüksəlib. "Qəbələ"nin isə aktivində 17 xalı var.
Beləliklə, bu oyundan sonra "Qəbələ”nin çempionatda sonuncu – onuncu olacağı dəqiqləşib. Bununla da, “qırmızı-qaralar” mövsümün sonunda elitanı tərk edəcək.