Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun daha bir oyunu keçirilib.
Günün ikinci oyununda "Neftçi" klubu "Turan Tovuz"u qəbul edib.
Oyun "ağ-qaralar"ın qələbəsi ilə yadda qalıb - 3:0.
Matçda hesabı 15-ci dəqiqədə fərqlənən Filip Ozobiç açıb. Oyunun 31-ci dəqiqəsində Yuri Matias “Neftçi”nin üstünlüyünü iki topa çatdırıb. Flaqman növbəti dəfə matçın 70-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirərək matçda son qolun müəllifi olub.
“Ağ-qaralar” qələbə sayəsində xallarının sayını 50-yə çatdıaraq ikinci pilləyə yüksəlib.Tovuz klubu isə 42 xalla yeddincidir.