Azərbaycan Beynəlxalq Polo Federasiyasına üzv seçilib

Azərbaycan Beynəlxalq Polo Federasiyasına üzv seçilib

Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Polo Federasiyasının (FİP) ümumi yığıncağı keçirilib. Azərbaycan Respublikası Atçılıq Federasiyası da FİP-ə üzv olmaq üçün namizədliyini irəli sürüb. Keçirilən səsvermə nəticəsində Azərbaycanın üzvlüyü yekdilliklə qəbul olunub. Sonda ənənəyə uyğun olaraq Azərbaycan bayrağı FİP-in prezidenti Riçard Xalilə təqdim olunub.