Bakı kənd və qəsəbələri arasında təşkil olunan ll minifutbol turnirində yarımfinalçılar müəyyənləşib.
Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət komandaları mübarizə aparır.
1/4 final mərhələsinin ilk günündə "Günəşli" 3:0 hesabı ilə "Şağan"a qalib gəlib. "Qaraçuxur" komandası isə "Mərdəkan"a uduzub - 2:5.
Növbəti gün baş tutan oyunlarda "Zabrat" kollektivi "Biləcəri"yə 0:1, "Sabunçu" isə "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə məğlub olub.