Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Mərhələnin ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Günün yeganə oyununda Almaniyanın "Bavariya" klubu doğma meydanda İspaniyanın "Real Madrid" komandasını qəbul edəcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunun baş hakimi fransalı Kleman Türpen olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra keçiriləcək.