Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib.
Günün ilk oyunu Almaniyada təşkil olunub. "Alians Arena" stadionunda keçirilən qarşılaşmada son bundesliqa çempionu "Bavariya" ilə İspaniyanın "Real" klubu qarşılaşıb.
Maraqlı mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib - 2:2.
Oyunda hesabı 24-cü dəqiqədə Madrid klubunun hücumçusu Vinisius Junior açıb. Bundesliqa təmsilçisi 53-cü dəqiqədə Leroy Sane, 57-ci dəqiqədə isə Harri Keynnin penaltidən vurduğu qollarla hesabda önə keçib. Lakin almanlar üstünlüyünü sona qədər qoruya bilməyiblər. Belə ki, oyunun 83-cü dəqiqəsində Vinisius Junior 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə komandasını məğlubiyyətdən xilas edib -2:2.
Komandalar arasında cavab oyunu mayın 8-də olacaq.
Qeyd edək ki, bu gün keçiriləcək digər yarımfinal matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə Fransanın PSJ komandası qarşılaşacaq.
Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi