Özbəklər Paris-2024 olimpiadasına vəsiqə əldə ediblər   

Özbəklər Paris-2024 olimpiadasına vəsiqə əldə ediblər   

Gənclər arasında futbol üzrə Asiya Kubokunun yarımfinal görüşü yekunlaşıb. İndoneziya və Özbəkistan komandaları arasında görüşün qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək hüquq qazanıb. Gərgin mübarizədə Özbəkistan futbolçuları rəqibinə 2:0 hesabı ilə qalib gəliblər. Finalda Özbəkistan yığması Yaponiya və ya İraqla qarşılaşacaq. Qeyd edək ki, finalçılar və üçüncü yeri tutan komanda Olimpiadaya vəsiqə əldə edirlər.