Madrid «Real»ının baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə ilk oyundan əvvəl mətbuat konfransı keçirib. O, həmkarlarımızın suallarını cavablayarkən rəqib komanda haqqında yüksək fikirdə olduğunu gizlətməyib. "Biz yarımfinal uğrunda böyük bir komanda ilə qarşılaşırıq. Oyunda yaxşı müdafiə olunmalı, əks-hücumlardan istifadə etməliyik. Bu mərhələdən sonra cəmi bir görüş olacaq ki, onun da qalibi biz olmalıyıq. Rəqibin “Arsenal”a qarşı oyununu izləmişəm. Arxayın olmaq hər şeyi məhv edə bilər. Çempionlar Liqasında yeni bir tarixi yazmağın vaxtı gəlib, çatıb. Heyətimiz barədə ürəkaçan xəbərlərim var. Militao və Kurtua yenidən bizimlədir. Hesab edirəm ki, Münhendə məsələni həll edib, Madridə rahat qayıtmaq olar» - deyə UEFA-nın rəsmi saytı Ancelottinin sözlərini sitat gətirib.
Karlo Ancelotti: "Münhendə məsələni həll edib, Madridə rahat qayıtmaq olar"