Münhen "Bavariya"nın baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"la ilk oyundan əvvəl mətbuat önünə çıxıb. O, qeyd edib ki, Çempionlar Liqasının favoriti olan bir klubla oynamaq heç də asan olmayacaq.
"Karlo Ançelotti əfsanədir. O, çox təvazökardır. Onun işlədiyi "Real» a qarşı oynayırıq. Tərəflər arasında bu iki qarşılaşma sanki final oyunudur. Bu matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu sınaqda mütləq ən yaxşı atmosferə və maksimum dəstəyə ehtiyacımız var. Tamaşaçılardan da çox şey gözləyirik.
Rəqibin heyətində Rodriqo həlledici qolları vurur, Vinisius Junior isə sağdan driblinq etməyi sevir. Cud Bellinqem heyrətamiz dərəcədə inkişaf etmiş futbolçudur. «Real» onlardan çox şey gözlənilir. Biz qələbənin düzgün həll yollarını tapmağa çalışacağıq”, - deyə UEFA-nın rəsmi saytı Tuheldən sitat gətirib.