"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola yarımmüdafiəçi İlkay Gündoğanın "Barselona"ya keçməsinə icazə verdiyinə görə peşmandır. Bu barədə jurnalist Qabriel Sanz məlumat verib. Xatırladaq ki, Almaniya millisinin üzvü ötən mövsüm “şəhərlilər”in kapitanı olub. Gündoğan “Mançester Siti” ilə yeni müqavilə imzalamaqdan imtina edib və azad agent kimi Kataloniya klubunu seçib. Quardiola rəhbərliyin almaniyalıya layiqli əvəzedici tapa bilmədiyini də etiraf edir. Qeyd edək ki, Gündoğan bu mövsüm İspaniya çempionatında 5 qol vurub və 7 məhsuldar ötürmə ilə diqqət çəkib.
Quardiola verdiyi icazəyə görə peşmandır