Heyətini gəncləşdirmək üçün Madrid «Real»ın ehtiyat qapıçı axtarışına başlayıb. Klubun agentləri Türkiyənin “Trabzonspor” klubunun qapıçısı Onuralp Çevikkanla yaxından maraqlanırlar. Bu barədə "Planeta Real Madrid" saytı məlumat yayıb. Mənbənin məlumatına görə, 18 yaşlı qapıçının gələcəkdə belçikalı Tibo Kurtuanı əvəz edə biləcəyini planlaşdırılır.
Xatırladaq ki, Kurtua 2018-ci ilin avqustundan Madrid klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyun ayının sonuna qədərdir. Onun transfer dəyəri 30 milyon avro göstərilir.