Ərəblər polşalı futbolçudan əl çəkmirlər

Ərəblər polşalı futbolçudan əl çəkmirlər


"Barselona"sının hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanından gələn növbəti sərfəli təklifdən imtina edib. Bu barədə “Mundo Deportivo” məlumat yayıb. Qeyd edilir ki, Levandovskinin "Barselona" ilə müqaviləsinin bitməsinə daha bir il var. Polşalı futbolçu karyerasının İspaniyada davam etmək niyyətindədir.

Qeyd edək ki, İspaniya çempionatının bu mövsümündə Levandovski 16 qol vurub, 8 məhsuldar ötürmə edib. Robert 2022-ci ilin yayından Kataloniya klubunda çıxış edir.