Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Madrid "Real"ının qapıçısı Tibo Kurtuanın Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına çağırılması ehtimalına münasibət bildirib. “Kurtua Avro-2024-ə gedəcəkmi? Biz ancaq optimal formada olan futbolçularla işləyirik. Tibo hazırda oynamır. Bu mövzuda daha heç nə deməyəcəyəm”, - BBC Tedeskodan sitat gətirib.
Xatırladaq ki, belçikalı qapıçı bu mövsümün əvvəlində çarpaz bağ zədəsini sağaldıqdan dərhal sonra yenidən zədələnib.