"Şəhərlilər"lə yolunu davam etmək istəmir

"Şəhərlilər"lə yolunu davam etmək istəmir

"Mançester Siti"nin vingeri Cek Qriliş yayda komandanı tərk edə bilər. Jurnalist Saymon Fillipsin sosial şəbəkələrdə verdiyi məlumata görə, London "Çelsi" onu heyətə cəlb etməkdə israrlıdır.

Xatırladaq ki, Cek Qriliş 2021-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm futbolçu bütün turnirlərdə 35 matçda iştirak edib. O, həmin matçlarda üç qol və üç məhsuldar ötürmənin müəllifidir. Futbolçunun «şəhərlilər»lə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 65 milyon avrodur.