İtaliya millisinin və "Yuventus"un keçmiş qapıçısı Canluici Buffon təkrar iştirak etmək arzusunda olduğu matç haqqında danışıb. “Mən 2012-ci il Avropa çempionatının finalında İspaniya və İtaliya matçını təzədən keçirilsəydi, gözəl olardı. Bu həmin görüşdə məğlubiyyətə layiq deyildik. Heç vaxt bəhanə axtarmıram, amma oyunu mümkünsüz psixofiziki şəraitdə oynadıq, yorulduq. Bizə bir gün də istirahət verilsəydi, başqa cür oynaya bilərdik. Amma güclü olan İspaniya yığmasına qarşı heçnə edə bilmədik. Lakin qrup mərhələsində onları dayandıran yeganə komanda biz olmuşduq”, - deyə “La Repubblica” Buffondan sitat gətirib. Məlumat üçün bildirək ki, İspaniy millisi Avro-2012-nin finalında italyanları 4:0 hesabı ilə məğlub etmişdilər.