Mini-futbol üzrə komandamız beynəlxalq turnirin qalibi oldu 

​​​​​​

Mini-futbol üzrə komandamız beynəlxalq turnirin qalibi oldu   ​​​​​​

Minifutbol üzrə milli komandamız Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub. Futbolçularımız turnirin həlledici oyununda son dünya çempionu Rumınya komandasına 5:4 hesabı ilə qalib gələrək əsas mükafata sahib olublar. Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.