Çempionlar Liqası: dortmundlular Parisə minimal üstünlüklə yollanacaq 

Çempionlar Liqası: dortmundlular Parisə minimal üstünlüklə yollanacaq 

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Mərhələnin ikinci oyunu Almaniyada təşkil olunub. Dortmund "Borussiya"sı Siqnal İduna Parkda Fransanın PSJ klubunu qəbul edib.
Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan yeganə qolun müəllifi 36-cı dəqiqədə fərqlənən Niklas Füllkruq olub. 
Bu komandalar arasında cavab oyunu mayın 7-də təşkil olunacaq.