Konfrans Liqasında yarımfinal mərhələsinə start verilir 

Konfrans Liqasında yarımfinal mərhələsinə start verilir 

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, İngiltərənin “Aston Villa” klubu doğma meydanda Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşacaq. 
Günün digər oyununda isə Belçikanın “Brügge” komandası İtaliyada “Fiorentina” ilə üz-üzə gələcək.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.