Konfrans Liqasında yarımfinalın ilk oyunları keçirilib

Konfrans Liqasında yarımfinalın ilk oyunları keçirilib

Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.
Olimnews.az xəbər verir ki, İngiltərənin “Aston Villa” klubu  doğma meydanda Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşıb. Oyun ellladalıları səfər qələbəsi ilə yadda qalıb -2:4. 
Gecənin digər oyununda isə İtaliyanın Fiorentina klubu doğma meydanda Belçikanın “Brügge” klubu ilə qarşılaşıb. Oyun “Fiorentina”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları mayın 8-9-da təşkil olunacaq.