Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start verilib.
İlk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Tovuz Şəhər Stadionunda start veriləcək turun açılış oyununda "Kəpəz" və "Sumqayıt” komandaları üz-üzə gələcək. Saat 16:30-da başlayacaq oyunu İnqilab Məmmədov idarə edəcək. Hazırda aktivində 50 xalı olan “Sumqayıt” komandası ikinci, 34 xala malik "Kəpəz" isə doqquzuncudur.
Turun ikinci oyunu isə “Qarabağ” və “Neftçi” komandaları arasında olacaq. "Azərsun Arena”da keçiriləcək mərkəzi oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək. Qarşılaşmaya saat 19:30-da start veriləcək. Aktivində 73 xalı olan “Qarabağ” ölkə çempionluğunu artıq təmin edib. 32 oyundan 50 xal toplayan "Neftçi" isə üçüncüdür.
Premyer Liqada 33-cü tura start verilir