Benfika"nın yarımmüdafiəçisi Anhel Di Maria karyerasını "İnter Mayami"də davam etdirə bilər. Bu barədə ESPN Argentina xəbər yayıb. Qeyd edək ki, argentinalı dünya çempionunun Portuqaliya klubu ilə müqaviləsi bu yay başa çatır. Tərəflər hələlik yeni sazişlə bağlı danışıqlar aparmayıblar.
Bu mövsüm 36 yaşlı Di Maria "Benfika"nın heyətində bütün turnirlərdə 46 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.