Zlatan hələ də ən yaxşılardandır

Zlatan hələ də ən yaxşılardandır

"Milan"ın idman direktoru Zlatan İbrahimoviç futbolçu karyerasını hansı səbəbdən bitirdiyi barədə danışıb. “Səkkiz ay əvvəl klub karyeramı başa vurdum. İndi fərqli həyat tərzi yaşayıram. Etiraf edim ki, bu qərarı vermək mənim üçün asan olmadı. Hər şey davam edə bilərdi. Lakin bu yolu bitirmək zamanında verlmişi ən yaxşı qərarımdır. Lakin bilin ki, Zlatan  hələ də ən yaxşılardandır”, - deyə “Football-Italia” ulduz isveçlinin sözlərindən sitat gətirib. Xatırladaq ki, İbrahimoviç ötən yay futbolçu karyerasını bitirib. Hücumçunun son klubu "Milan" olub. O, karyerasını bitirdikdən sonra “rossoneri”nin idman strukturunda rəhbər vəzifəyə təyin edilib.