İstanbulun "Qalatasaray" klubunun futbolçusu Barış Yılmaz ingiltərə klublarının transfer siyahısına daxil edilib. HITC-nin məlumatına görə “Mançester Yunayted”, “Tottenhem”, “Brayton” və “Aston Villa” türkiyəli futbolçunu heyətinə cəlb etmək üçün indidən mübarizəyə başlayıblar. Qeyd edilir ki, Barış həm müdafiədə, həm də hücumda oynamağı bacarır. Yılmazı vətənində funksionallıq baxımından Madrid "Real"ının yarımmüdafiəçisi Federiko Valverde ilə müqayisə edirlər. Bu mövsüm o, 51 matçda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer dəyəri hazırda 10 milyon avro olaraq qiymətləndirilir.
İngilis klublarından hansı Barışa sahib olacaq?