Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kuboku turniri davam edir. Yarışların ikinci günündə komandamız ilk medalına sahib çıxıb.
Belə ki, qrup hərəkətləri üzrə yığmamız turnirin bürünc medalı a sahib çıxıb. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komandamız bu uğura çoxnövçülükdə nail olub.
Komandamızın çıxışı hakimlər tərəfindən 71 min 550 xalla qiymətləndirib.
İsrail yığması birinci, İtaliya komandası isə ikinci yerə sahib çıxıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Turnir mayın 5-də başa çatacaq.
Qrup hərəkətləri komandamız Avropa Kubokunda fəxri kürsüdə yer aldı