Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yainet Villalta Pena imzalayıblar.
Əməkdaşlığın iki qurum arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.
Qeyd edək ki, ötən gün Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında da anlaşma memorandumu imzalanıb.