Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa Kubokunda bürünc medal qazandı 

 	 		 			 			Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa Kubokunda bürünc medal qazandı 

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda ilk dəfə keçirilən Avropa Kubokunda növbəti medalını qazanıb. Yığmamız 3 lent və 2 topla hərəkətlərdə bürünc medala sahib çıxıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 29,950 xal toplayıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürünc mükafata sahib çıxıb.