Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, anlaşma memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Hindistan Gimnastika Federasiyasının prezidenti Mital Sudhir tərəfindən imzalanıb.
Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Kuba, həmçinin Monteneqro Gimnastika Federasiyaları arasında da anlaşma memorandumu imzalanıb.