Azərbaycan idmançıları Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kuboku turnirində daha bir medal qazanıb. Gənclərdən ibarət millimizin üzvü İlahə Bahadirova mötəbər yarışda gümüş medala sahib çıxıb. Gimnastımız bu uğura topla hərəkətlərdə nail olub.