Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun daha bir oyunu keçirilib. Günün ikinci matçında "Sabah" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.
Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran paytaxt təmsilçisi turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb.