Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına yekun vurulub.
Turun son oyununda "Səbail" və "Qəbələ" klubları üz-üzə gəlib. Oyun "Qəbələ" klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab 17-ci dəqiqədə açılıb. Ev sahiblərinin heyətində penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom komandasını önə keçirib. Cəmi 3 dəqiqə sonra Osama Xalayla hesabı bərabərləşdirib. 32-ci dəqiqədə Əyyub Allaş qonaqları hesabda önə çıxarıb. Fasiləyə 5 dəqiqə qalmış Pedro Nuno vurduğu qolla hesaba yenidən tarazlıq gətirib. 56-cı dəqiqədə “qırmızı-qaralar”ın heyətində dubl edən Osama Xalayla yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra autsayder “Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. Şahin Diniyevin komandası isə 42 xalla altıncıdır.
Premyer Liqa: "Qəbələ"dən əzmkar qəbələ