“Araz-Naxçıvan” kuboka sahib çıxdı

“Araz-Naxçıvan” kuboka sahib çıxdı

Futzal üzrə Azərbaycan Kubokunda qalibin adına aydınlıq gəlib. Finalda “Araz-Naxçıvan” və “Baku Fire” komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan oyun Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 

Matçın əsas və əlavə vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (5:4) oynayan “Araz-Naxçıvan” 15 ildən sonra ölkə kubokunun sahibi olub.