Qadağan olunmuş maddədən istifadədə təqsirləndirilərək, 4 il müddətinə diskvalifikasiya edilən Pol Poqba film təklifi alıb. «Le Parisien»in yayıdığı məlumata görə yarımmüdafiəçi “4 Sıfır” komediya filminin çəkilişlərində iştirak edib. Poqba gənc futbolçular yetişdirən bir presonajı canlandırıb. Gələn ilin yazında ekranlara çıxacaq filmin iki səhnəsi hazırdır.
Xatırladaq ki, fransalı Poqba hələ də Turin “Yuventus”una məxsusdur.