"Barselona"nın hücumçusu Joao Feliks Kataloniya klubunu tərk edə bilər. Cadena SER xəbər verir ki, icarədə olan "Atletiko"lu futbolçunun "Barselona"da qalması çətinləşib.
Bildirilir ki, “Barselona”nın hazrıda maliyyə problemləri var. Buna görə də klubun 60-70 milyon avroluq futbolçu almaq imkanı yoxdur. Lakin Feliks özü Kataloniya klubunda qalmaq istəyir.