Parakarateçilərimiz qitə çempionatında iştirak edəcəklər

Parakarateçilərimiz qitə çempionatında iştirak edəcəklər

Azərbaycan parakarateçiləri Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, mayın 8-12-də təşkil olunacaq turnirdə Azərbaycan 5 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Nihat Məmmədzadə, Eldar Əhmədov və Vidadi Xalıqov qüvvəsini sınayacaq. Qadınlarda isə Emiliya Mitlinova ilə Ariana Mitlinova bacarığını nümayiş etdirəcək.

Komanda yarışa məşqçi Renad Əliyevin rəhbərliyi altında çıxacaq.