Futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib. Bu, yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ klubuna qalib gələn Almaniyanın "Borussiya" (Dortmund) klubudur.
Bundestim təmsilçisi Almaniyada olduğu kimi, Fransada da eyni hesablı qələbə qazanıb -0:1. matçda vurulan yeganə qolun müəllifi 50-ci dəqiqədə fərqlənən Mats Hummels olub. Beləliklə, Dortmund təmsilçisi Çempionlar Liqasının finalına yüksəlib.
Xatırladaq ki, bu komandalar arasında Parisdə keçirilən ilk oyun "Borussiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Dortmundulalrın həlledici mərhələdki rəqibi bu gecə təşkil olunacaq "Real Madrid" - "Bavariya" oyunundan sonra müəyyənləşəcək.