"Bavariya"nın baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının yarımfinalında Madrid "Real"ı ilə cavab oyundan əvvəl mətbuat konfransı keçirib. O bildirib ki, görüş yenə də gərgin və maraqlı keçəcək. "Hər iki komanda komanda topla yaxşı oynayır. Biz rəqibi tanıyırıq. İlk görüşdə buraxdığımız səhvlər üzərində işləmişik. Çox çətin oyun olacaq. "Real"ı müzakirə etməyəcəyəm. Bu stadionda qalib gəlmək son dərəcə çətin olsa da, mümkündür. “Real”ın öz meydanında oynadığını nəzərə alsaq, şansları bir qədər yüksəkdir. Finala çıxmaq üçün buradayıq", - deyə UEFA-nın rəsmi saytı almaniyalı baş məşqçidən sitat gətirib.
Tomas Tuhel: "Real"ı müzakirə etməyəcəyəm"