Madrid "Real"ının müdafiəçisi Dani Karvahal Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab oyundan əvvəl öz fikirlərini bildirib. O əldə olunan uğurlara görə Karlo Ançelottiyə və onun məşqçilər heyətinə borclu olduqlarını qeyd edib. "Kərim Benzema, Marko Asensio və klubdan ayrılandan sonra boşluq yaranmadı. Bu mərhələyə qədər yaxşı gəlmişik. Ümid edirəm ki, qarşıdakı oyun əla olacaq. Biz də narahatıq. Bir az həyəcan var. Biz 15-ci kuboku arzulayırıq”, - UEFA-nın rəsmi saytı Karvahalın sözlərindən sitat gətirir.
Dani Karvahal: "Biz 15-ci kuboku arzulayırıq"