Bu gün futbol üzrə UEFA Konfrans Liqasında ilk finalçının adına aydınlıq gələcək. Yarımfinal mərhələsinin cavab matçında Belçikanın “Brügge” klubu doğma meydanda İtaliyanın “Fiorentina” komandası ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 20:45-də start götürəcək oyunun baş hakimi türkiyəli FIFA referisi Halil Umut Meler olacaq.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda İtaliya təmsilçisi 3:2 hesablı qələbə qazanıb.