Çaparımız federasiya kubokuna sahib çıxıb

Çaparımız federasiya kubokuna sahib çıxıb



Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının kuboku uğrunda konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnir keçirilib. Mərkəzin açıq manejində təşkil olunan yarışda Azərbaycan, Gürcüstan, İran və digər ölkələrdən 25-ə yaxın idmançı 45 atla mübarizə aparıb.
Turnirin final yarışında Gürcüstan idmançısı Gegi Metonidze "Kalista MS” ləqəbli atla qızıl medal qazanıb. Azərbaycan çaparlarından Nicat Səmədov "Hrisina” ləqəbli atla ikinci, Manuela Kisse isə "Tehran MNM” ləqəbli atla üçüncü olub.
Yarışda "Vudi” ləqəbli atla çıxış edən idmançımız Camal Rəhimov rəqiblərini üstələyərək turnirin qalibi olub. İranlı Masud Moxarinezad "Salem Du Bosquertiau” ləqəbli atla ikinci, Rəşad Səmədov (Azərbaycan) "Vasab I” ləqəbli atla üçüncü yeri tutub. Yarışı Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunmuş hakimlər briqadası idarə edib.
Məlumat üçün bildirək ki, turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları olub.