"Real"ın kapitanı yayda klubu tərk edə bilər  

"Real"ın kapitanı yayda klubu tərk edə bilər  

Madrid "Real"ının müdafiəçisi və kapitanı Naço Fernandes cari mövsümün sonunda klubu tərk edə bilər. Onu Londonun "Vest Hem" klubu heyətinə cəlb etmək istəyir. Baş məşqçi Xulen Lopeteqi Naçonu rəhbərlikdən tələb edib. Müdafiəçi yayda azad agent kimi "Vest Hem"ə keçə bilər. İngiltərə çempionatının cari mövsümündə Naço 25 oyun keçirib və bu oyunda bir məhsuldar ötürmə edib.