"Fiorentina" Konfrans Liqasının finalına vəsiqə qazandı 

"Fiorentina" Konfrans Liqasının finalına vəsiqə qazandı 

Futbol üzrə UEFA Konfrans Liqasında ilk finalçının adına aydınlıq gəlib. Bu, yarımfinal mərhələsinin cavab matçında Belçikanın “Brügge” klubunu iki oyunun nəticəsinə görə (4:3) məğlub edən İtaliyanın “Fiorentina” klubudur. Belçikadakı oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Xatırladaq ki, bu komandalar arasında İtaliyada keçirilən ilk oyunda "Fiorentina" klubu 3:2 hesablı qələbə qazanmışdı. 

Qeyd edək ki, "Konfrans Liqası"nda digər finalçı bu gün müəyyənləşəcək.