Stolüstü tennisçilərimiz qitə birinciliyində iştirak edəcəklər 

Stolüstü tennisçilərimiz qitə birinciliyində iştirak edəcəklər 

Yeniyetmə stolüstü tennisçilərimiz Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər. 
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən verilən məlumata görə, idmançılarımız məsul yarışa hazırlığı plan üzrə davam etdirirlər. Bunadək bir neçə beynəlxalq yarış və təlim-məşq toplanışında iştirak edən təmsilçilərimiz yarış ərəfəsində Çinin Şanxay şəhərində təşkil olunan hazırlıqda iştirak edəcəklər.
Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı yığma komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə mayın 9-dan 17-dək Şanxay Stolüstü Tennis Mərkəzində hazırlıq keçəcək.
Qeyd edək ki, Avropa birinciliyinə mayın 22-də start veriləcək.