Stolüstü tennis üzrə 2014-cü il təvəllüdlü və daha kiçik idmançılar arasında keçirilən ölkə turnirinə yekun vurulub.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis klubunda keçirilən yarışda Bakı və Sumqayıt idmançıları ilə yanaşı, Salyan, Şirvan və Şabrandan ümumilikdə 70-ə yaxın stolüstü tennisçi bacarığını nümayiş etdirib. Qızlar arasında keçirilən fərdi yarışlarda Mehri Aslanzadə qalib adını qazanıb. O, finalda Banu İmanverdizadəni məğlub edib. Alina Miradiyeva və Yasəmən Həbibova isə üçüncü yeri tutub.
Oğlanların mübarizəsində isə Əliəkbər Mirzəliyev çempion adına layiq görülüb. Həzrət Kamilov ikinci, Saleh Hümbətov və Cəfər Almədədli isə üçüncü olub. Qalib və mükafatçılar Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri ilə təltif olunublar.