İdman gimnastları açıq Bakı çempionatı və paytaxt birinciliyində yarışırlar 

İdman gimnastları açıq Bakı çempionatı və paytaxt birinciliyində yarışırlar 

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyinə start verilib. 

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Balakən Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbini 24 qadın və 29 kişi olmaqla ümumilikdə 53 idmançı təmsil edir.

Müxtəlif yaş qrupu üzrə keçirilən yarışlara mayın 10-da yekun vurulacaq.