“Sağlamlıq-2013” respublika spartakiadasına yekun vurulub

“Sağlamlıq-2013” respublika spartakiadasına yekun vurulub

"Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin keçirdiyi "Sağlamlıq-2013” respublika spartakiadasına yekun vurulub. 9 idman növü - şahmat, dama, stolüstü tennis, kəndirdatma, voleybol, atletika (kross), güllə atıcılığı və mini futbol üzrə keçirilən yarışlarda ümumilikdə 1200 nəfər iştirak edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan 14 komanda: "Aztelekom” İstehsalat Birliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Azərbaycan Texniki Universiteti, "Teleradio” İstehsalat Birliyi, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezlikləri İdarəsi, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi, "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, Məlumat Hesablama Mərkəzi, Bakcell Məhdud Məsuliyyətli Cəmiyyəti, "SİNAM” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azercell” Məhdud Məsuliyyətli Cəmiyyəti və "DİLMANC” Layihəsinin kollektivləri fəal iştirak ediblər.
Ümumi komanda hesabında "Aztelekom” İstehsalat Birliyi birinci yerə layiq görülüb. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ikinci, Azərbaycan Texniki Universitetinin kollektivi isə üçüncü olub. Spartakiadada stolüstü tennis üzrə keçirilən yarışda 10 komanda qalib adı uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda "Aztelekom” İB komandsı birinciliyi əldən verməyib. Azərbaycan Texniki Universiteti və "Azərpoçt” MMC komandaları isə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Şahmat üzrə təşkil olunan yarışlarda isə 12 komanda birincilik uğrunda mübarizə aparıb. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivi gərgin keçən yarışların qalibi adını qazanıb. Azərbaycan Texniki Universiteti və "Aztelekom” İB komandaları, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Spartakiadanın dama yarışlarında 10 komanda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən yarışda "Aztelekom” İB birinci, Məlumat Hesablama Mərkəzi ikinci, BTRİB komandası üçüncü olub.
Nərd yarışlarında isə "SİNAM” MMC komandası 13 komanda arasında birinci yeri tutub. BTRİB və "Teleradio” İB komandaları ikinci, üçüncü yerlərlə kifayətləniblər. Kəndirdartma yarışlarında Azərbaycan Texniki Universiteti fərqlənib. Hərbiləşdirilmiş Mühafizə İdarəsi və "Aztelekom” İB, müvafiq olaraq, ikinci, üçüncü yerlərə sahib çıxıblar. "Sağlamlıq-2013” Respublika spartakiadasının voleybol üzrə yarışlarında isə iştirak edəcək "Aztelekom” İB komandası birinciliyi əldən verməyib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi, müvafiq olaraq, II, III yerləri tutublar. Spartakiadanın atletika yarışlarında 7 komanda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci bütün komandalardan üstün olub. "Aztelekom” İB in komandası II, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivi isə III olub.
10 komandanın iştirakı ilə keçirilən mini futbol üzrə yarışlarda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin komandası birinci yeri tutub. "Aztelekom” İB və Hərbiləşdirilmiş Mühafizə İdarəsi, müvafiq olaraq 2-ci 3-cü yerləri tutublar.
Güllə atıcılığı üzrə 12 komandanın iştirakı ilə keçirilən yarışda "Aztelekom” İB komandası I, Bakcell MMC II, "Azercell” MMC isə III olub
Spartakiadada ilk üç yeri tutan komandalar fəxri fərmanlar və pul mükafatları ilə təltif olunublar.
Məlumat üçün bildirək ki, yarışların təşkil olunmasında əsas məqsəd rabitə sahəsində çalışan işçilərin sağlamlığının qorunması, AHİTA-nın sahələrarası keçiriləcək spartakiadasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ayrı-ayrı idman növləri üzrə yığma komandalarının heyətlərinin müəyyən edilməsindən ibarət olub.