Futbol üzrə UEFA Konfrans Liqasında ikinci finalçının adına aydınlıq gəlib. Bu, yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Aston Villa" komandasını mübarizədən kənarlaşdıran "Olimpiakos" klubudur. İlk oyunda səfərdə 4:2 hesablı qələbə qazanan Yunanıstan təmsilçisi cavab oyununda da meydandan qələbə ilə ayrılıb -2:0.
Beləliklə, "Olimpiakos" klubu iki oyunun nəticəsinə görə 6:2 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib. "Elladalı"lar finalda İtaliyanın "Fiorentina" klubu ilə qarşılaşacaqlar.
Qeyd edək ki, bu komandalar arasında final oyunu mayın 29-da Afinadakı "Ayasofya" stadionunda keçiriləcək.